Sosial fobiya nədir?

Müəyyən sosial vəziyyətlərdə insanların əsəbi olması normaldır. Yeni mühitdə insanlarla ünsiyyət qurmaq və ya ictimai təqdimat etmək kimi hallar hamımızda narahatlıq yarada biləcək vəziyyətlərdir. Ancaq bu narahatlığın nə qədər tez-tez və nə dərəcədə şiddətlə hiss olunduğu nəzərə alınması lazım olan bir məsələdir. Digər insanlarla qarşılıqlı əlaqənin zəruri olduğu sosial vəziyyətlərdə baş verən sıx narahatlıq vəziyyəti sosial fobiya olaraq təyin olunur. Sosial anksiyete pozuntusu da adlandırılan bu vəziyyət başqa insanlar tərəfindən mühakimə olunmaq qorxusundan qaynaqlanır.

Sosial fobiyanın növləri varmı?


Davamı →

Xroniki empatiya

Düşüncə dedikdə ağıla ilk gələn aforizm “Düşünürəm, elə isə varam”dır. Müasir fəlsəfənin atası René Dekart, bu məşhur sitatla illər əvvəl düşünməyin insan üçün önəmini vurğulamışdır. Bir şey haqqında düşünmək beyin təlimi baxımından çox vaxt faydalıdır, amma düşüncələrimizi idarə etmək çətin ola bilər, səssiz olsaq da, bəzən beynimizdə düşüncələrin fırlanmasının qarşısını ala bilmirik, hər şey nəzarətdən çıxır, getdikcə daha gərgin oluruq və bu hal bir müddət sonra təbii olaraq müxtəlif növ psixoloji, eləcə də psixosomatik narahatlıqlara səbəb olur, psixosomatik narahatlıq dedikdə psixoloji narahatlıqların bir müddət sonra fizioloji narahatlıqlara səbəb olmağını nəzərdə tuturuq. «Overthinking»
Davamı →

Psixologiya ilə bağlı bilməli olduğumuz 6 qayda

1. Güzgülər qaydası
Məni əhatə edən insanlar – mənim aynamdır. Onlar mənim şəxsi kimliyimi əks etdirirlər, hansı ki, mən belə sezə bilmirəm. Məsələn, əgər kimsə mənə qarşı qanmazlıq edirsə, deməli, mən belə istəyirəm və buna icazə vermişəm. Əgər kimsə dəfələrlə məni aldadırsa, deməli, mənim istənilən kəsə inanmaq meyilliyim vardır. Buna görə də kiməsə acıqlanmağım yersizdir.

2. Seçim qaydası
Dərk edirəm ki, həyatımda bütün baş verənlər mənim şəxsi seçimimin nəticəsidir. Əgər bu gün mən darıxdırıcı bir insanla söhbət edirəmsə, bu mənim də sıxıcı və boğazayığıcı birisi olduğuma dəlalət edirmi? Pis insan yoxdur – bədbəxt insan vardır. Əgər mən onların problemlərini qazıyıramsa, deməli, bu mənim xoşuma gəlir. Buna görə də heç kimə qarşı iddia irəli sürmək lazım deyil. Mənimlə baş verənlərə baiskar elə özüməm. Taleyimizin müəllif və yaradıcısı özümüzük.

Davamı →

Posttravmatik stress pozuntusu nədir?

Posttravmatik stress pozuntusu nədir?

Travma sonrası stress pozuntusu qorxudan və ümidsizliyə səbəb olan, çox vaxt qeyri-adi və gözlənilməz hadisələr nəticəsində yaranan psixi travma və ya psixi sağlamlıq vəziyyətidir. Bu hadisələr insanın və ya yaxınının ölümünə və ya yaralanması təhlükəsinə səbəb olarsa, qorxu, dəhşət və çarəsizlik hissləri yarana bilər.

Zəlzələ, daşqın və yanğınlar kimi təbii fəlakətlər, işgəncə, müharibə və zorlama kimi insan tərəfindən törədilən travmalar, qəzalar, ağır və ölümcül tibbi vəziyyətlər və xəstəliklər və ya gözlənilməz ölümlər kimi travmatik hadisələr fərdlərdə psixi travmaya səbəb ola bilər. Bu cür travmatik hadisələri yaşayan və ya onlardan təsirlənən insanların çoxu müvəqqəti olaraq şəraitə və ətraf mühitə uyğunlaşmaqda, onlarla mübarizə aparmaqda çətinlik çəkə bilər.
Davamı →

Borderline şəxsiyyət pozuntusu

Borderline şəxsiyyət pozuntusu

Borderline, sərhəd şəxsiyyət pozuntusu olaraq da bilinir, insanlara ciddi zərər verə biləcək bir psixoloji xəstəlikdir. Dəstək olmadan sərhəddəki narahatlığı aradan qaldırmaq mümkün deyil. Bipolyar pozuntu kimi özünü göstərən borderline ani əhval-ruhiyyə və vəziyyət dəyişikliklərinə əsaslanır.
Davamı →

Depressiya nədir və necə mübarizə aparmaq lazımdır?

Dövrümüzün ən mühüm psixoloji problemlərindən birinə çevrilən və hər yaşda baş verə bilən depressiya, insanın həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir.
Ailə üzvünün və ya yaxın adamın itirilməsi, boşanma hallarının yaşanması, işsizlik və həddindən artıq spirtli içki qəbulu kimi mənfi səbəblərdən qaynaqlanan depressiyanı həyatınızdakı bir neçə kiçik müsbət dəyişikliklə aradan qaldıra bilərsiniz.

Bəs depresiya olduğunuzu necə anlaya bilərsiniz ? 
Və bununla necə başa çıxmaq olar ? 

Davamı →

Düşüncənin gücü ilə sağalmağın sadə üsulları

Adətən hər hansı kiçik narahatlıq zamanı belə dərhal dərmana əl atır və aptekə qaçırıq...
Ağrıları azaltmağın başqa yolları barədə az düşünürük. Bəs özünüzü yaxşı hiss etmək üçün düşüncənin gücünü sınaqdan keçirmək heç ağlınıza gəlibmi?

1. Başağrıları
Rahat bir stula əyləşin və əlinizə keçən il yayda çəkilmiş bir foto götürün. Bu, gözəl mənzərə şəkli ola bilər. Şəkilə diqqətlə baxın, bütün detalları hafizənizdə saxlamağa çalışın, sonra gözlərinizi yumun və özünüzü də bu mənzərəyə daxil edərək gördüklərinizi yenidən xəyalınızda canlandırın. Təsəvvür edin ki, dənizkənarında (ləpədöyəndə) uzanmısınız, gələn dalğalar isə sizin ağrılarınızı yuyaraq dənizin uzaqlıqlarına aparır.

Davamı →

Piqmalion effekti

Piqmalion effekti – (Pygmalion effect və ya Rosenthal effect) elə bir təzahürdür ki, bu zaman bu və ya digər informasiyanın dürüstlüyünə əmin olan insan qeyri-iradi şəkildə özünü elə aparır ki, sonda həmin informasiya öz təsdiqini tapır.

Məsələnin tarixi
Əfsanəyə görə Kiprin mifoloji çarı və həm də eyni zamanda yunan heykəltəraşı Piqmalion qeyri-adi gözəlliyə malik qadın heykəli yaradır. O, öz əl işinin nəticəsinə nə qədər çox baxırdısa bir o qədər heyran olur və heyran olmaq üçün də daha çox xırda özəlliklər tapırdı. Tezliklə Piqmaliona elə gəlir ki, yer üzərində yaşayan heç bir xanımın gözəlliyi, onun əlləri ilə ucaltmış olduğu heykəlin möhtəşəmliyi ilə müqayisəyə gəlməz.
Davamı →

Psixoloji fenomenlər

6-7 saat yatanlar vaxtsız ölüm riskilə 8 saat atanlardan daha az qarşılaşırlar. Amma 5 saatdan az yatanlar 8-9 saat yatanlardan daha çox psixi problemlərlə qarşılaşırlar.

İnsan üçün onun adının tələffüz edilməsindən daha yaxşı səs yoxdur. Tanışlıq zamanı ilk növbədə adamın adını yadda saxlamaq lazımdır. Vəzifəsini, ixtisasını yox, məhz adını. Yaxşı münasibət qurmaq istəyənlər üçün bu, çox vacibdir.

Tez yuxuya getmək üçün kürəyi üstə uzanmaq, ayaqları uzatmaq, bədəni rahatlandırmaq lazımdır. Gözləri bağlamaq və bağlı göz qapaqları altında göz bəbəklərini yuxarıya doğru yönəltmək. Bu, yuxu zamanı gözlərin normal vəziyyətidir. Viktor Suvorovun dediklərinə inansaq, bu metodikanı onilliklərlə Baş Kəşfiyyat İdarəsinin işçilərinə öyrədirdilər.
Davamı →

Handikap prinsipi

Qadınlar niyə «pis» oğlanları seçirlər?
Məni düzgün başa düşün; klassik sentimental şeylərdən danışmayacağam burada. Sadəcə izah edəcəyəm. Fikir vermisiniz yəqin, aqressiv, bəzən isə əksinə, uşaq sifətli erkək cinsi nümayəndələri qadınların daha çox xoşuna gəlir. Xüsusilə də macərapərəstlər. Oğlanlardan biri paraşutla tullanır. Özü də dağlardan. O dəqiqə başına qadın cinsi nümayəndələri yığışır. Oğlan qumarbazdır. Bütün günü başı qovğadadır. Amma qızlara şirin gəlir.

Normadan kənara çıxan, özünü təhlükəyə atan nə varsa, qızların xoşuna gəlir. Lakin belə yaxından baxanda, başı bəlalı adam çox da çəkici olmamalıdır axı. Sabah bəlkə qumar borcu üstündə bıçaqladırlar? Ya da paraşut açılmadı və adam həlak oldu? Və s. Və s.

Fakt sadədir: qadınlar öz həyatını və varidatını təhlükəyə atan oğlanları daha çox bəyənirlər. Təbiətdə də belədir. Tovuz quşunun erkəyinin quyruğu əslində erkəyin özü üçün zərərlidir. İstənilən çaqqal böyük quyruğu olan tovuz quşunu yaxalayıb yeyə bilər.
Davamı →